Menu

“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr

24.03.2018, 21:38
“Azəravtoyol” məmurlarının qızıl qaynağı – 106-cı kilometr

Yağışlar üzündən Bakı-Şamaxı-Yevlax magistral yolunun 106-cı kilometrində çatlar əmələ gəlib. Respublika üçün əhəmiyyətli yolun bu hissəsi praktiki olaraq keçilməz olub.Virtualaz.org-da olan məlumata əsasən, bu yerdə hər il yağış mövsümündə yol yararsız hala düşür. Hər dəfə də dövlət strukturları “bəxtsiz” 106-cı kilometrdə və bu yolun digər problemli sahələrində bərpa işləri aparırlar və buna da təbii ki, heç də az olmayan vəsait ayrılır.

Sahibkar və ticarətçilər ictimai birliyinin rəhbəri Sevgim Rəhmanov hesab edir ki, Bakı-Şamaxı-Yevlax yolunun təmirinə xərclənən pulla çoxdan tamamilə yeni magistral çəkmək olardı.

“Lakin məmurlar bunu etmir, çünki bu problemi birdəfəlik həll etməkdənsə, yolun bərpasına ayrılan vəsaitləri mənimsəmək daha sərfəlidir”, - əməkdaşımızla söhbətində o deyib.

“Doğrudan da, bu yolda çatlar əvvəllər də olub”, - “Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli etiraf edir. Xatırladaq ki, avtomobil yollarının tikintisi və bərpası ilə məhz bu qurum məşğul olur.

Problemin həlli üçünsə ya yeni yol çəkilməli, ya da tam yenidənqurma işləri aparılmalıdır. Bunu da mətbuat katibi bildirib.

“Magistralın yenidən qurulması layihəsi, prinsip etibarilə, artıq hazırdır. İki zolaqlı yol əvəzinə dörd zolaqlı yolun tikintisi planlaşdırılır ki, burada suyun axıb getməsi üçün güclü drenaj sistemi olacaq”, - A.Nəcəfli söz verib.

Şərhlər

Qocayeve 2018-03-24 21:38:23

Qardaw Saleh Memmedov ozu ele 1 sayli yolda reis olanda ad cixartmiwdi bitum Saleh nem Asfalt Saleh ewwi onu bilirem kimin adi metbuatda hallanir dahada ireli gedir ............

Ebulfet Qocayev 2018-03-24 21:38:23

Saleh Memmedov sedr teyin olanda gozluyurduk dahada yeni bir dovr ola eksine daha cox yeyinti daha cox ozbasinalig ve s ,Bakida yollar duzelir ustu bezek alti tezek!!Sumqayit Novxani yolu bu yay acildi indi ne gunde hemcinin balaxani ve s saymagla qurtarmir Allah gozunu doydursun!!!

Emin-ə 2018-03-24 21:38:23

Bu yolun təmirinə xərclənən pullarla həmin Acıdərədə birbaşa uzun körpü tikilsə idi bu yolun həmin sahəsi ziq-zaqlı olmazdı.Sürüşmə də baş verməzdi və artıq xərcə də ehtuiyac olmazdı. Yolun bu sahəsinin yuxarı hisssi də tez-tez çökür və yenidən doldurulur.Ən maraqlısı isə bu yolun yenidən qurulması ilə Azəravtoyol məşğul olanda oranın başında duran daha yüksək vəzifəyə təyin olundu.

EMİN 2018-03-24 21:38:23

TƏSƏVUR EDİRSİZ BU QURUM BARƏDƏ OLKƏNİN ELƏ BİR MOHTƏSƏM HUQUQ MUHAFİZƏ ORQANİNA SİKAYƏT OLUNMASİN. AMMA NƏDƏNSƏ HEC BİR TƏSKİLAT MUNASİBƏT BİLDİRMİR. BURDA MALİYƏ VƏSAİTİNİN MƏNİMSƏNİLMƏSİNDƏN TUTMUS KORUPSİYA HALLARİ BAS ALİB GEDİR. SƏBƏBİ İKİ AMİLDİR. YA ADİ CƏKİLƏN HUQUQ MUHAFİZƏ ORQANLARİ BU TALANDAN HAQQ ALİR YA DA YAXİNLASMAQDAN QORXURLAR. NECƏ Kİ XARİCDƏ OYTURUB BİZİ SOYƏNLƏRƏR YAXİN DURMADİQLARİ KİMİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol