Menu

“Azərbaycan heç kimə fikir vermədən hücuma keçəcək...” - GENERAL AKOPYAN

25.03.2018, 13:04
“Azərbaycan heç kimə fikir vermədən hücuma keçəcək...”  - GENERAL AKOPYAN

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir və erməniləri arxayın etməyə çalışır ki, onun ordusu bu müharibəyə hazırdır.

Virtualaz.org xəbər verir ki, Movses Akopyan Ermənistan ictimai televiziyasına müsahibəsində bu haqda danışıb. “Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək” - o bildirib.

Movses Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistan ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-cı ilin aprelində Ermənistan ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçdiyi barədə danışmayıb.

“Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır”- Akopyan lovğalanıb. Hansı ki, o regionda müharibənin yenidən başlanmasını əngəlləyən digər (özü də ən başlıca) amil-Rusiya amili barədə bəhs etməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat Agentliyi 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Ötən gün isə Rusiyanın hərbi dairələrə yaxın analitik mərkəzi Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğu barədə hesabat dərc etmişdi.

Şərhlər

t.ədalət 2018-03-25 13:04:19

Akopyan başqa ermənilər kimi yalan danışır.Dünyanın fikrini rusiyanın üzərindən yayındırmaq üçün "ermənilərin döyüş hazırlığından" dəm vurur.Hamıya məlumdur ki,ermənilərin arxasında rus ordusu dayanır və bu qarant onları DQ ərazisində sərbəst hərəkət etməyə arxayın edir.Bizimkilər isə dədə-baba yuirdumuz olan işğal altındakı torpaqlara heç sapand daşı belə atmır.Ona görə ki rus "qardaşımız" belə məsləhət görür..

Bəhram Qarabağlı 2018-03-25 13:04:19

General Azərbaycanın haqq yolunu ədalətlə qeyd edib. Təəssüfkeş azəri qardaşı isə Azərbaycanın heç bir qarış torpağına belə hüquqi iddiası olmayan 3-cü tərəfi(RF) bəhanə gətirir. Erməni silahlıları Qarabağı bir gecədəcə tərk etsələr BU, keçmiş 100 ildəki kimi dünyada Azərbaycandan qeyri heç kəsi ilgiləndirməli deyil!

omer 2018-03-25 13:04:19

Rusiya niye engelleyirki?rusiya bu deqiqe oz bawinin derdini cekir..biz bacara bilsek hec bir engelleyici amil ola bilmez..dusmenlerin hamisindan guclu olmaq lazimdir..kimdense zeif olsaq bize hec ordu lazim deyil..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol