Menu

Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və yaralananlar var

25.03.2018, 21:46
Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Herat şəhərində, məscidin girişində baş verib.

İlkin məlumata əsasən, məscidə hücum edən iki terrorçu-kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol