Menu

Sumqayıtda 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb

25.03.2018, 23:30
Sumqayıtda 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayon, ev 25/6A , mənzil 37-də yaşayan 2016-cı il təvəllüdlü Məmmədov Əmir Elmir oğlunun üzərinə qaynar su dağılıb.

Hadisə uşağın mətbəxdə nəzarətsiz qaldığı vaxtda baş verib. Azyaşlının üzərinə dağılan qaynar su onun bədəninin müxtəlif nahiyələrinin yanması ilə nəticələnib. 2 yaşlı uşaq dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, 2 yaşlı Əmir Məmmədovun vəziyyəti qənaətbəxşdir və tam nəzarət altında müalicəsini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol