Menu

Aleksis Sançesdən yeni rekord

26.03.2018, 00:37
Aleksis Sançesdən yeni rekord

İsveçlə yoldaşlıq oyunu Çili millisinin hücumçusu Aleksis Sançes üçün əlamətdar olub.

Qol.az-ın xarici mətbuata istinadla yaydığı xəbərə görə, təcrübəli futbolçu bununla yığmada keçirdiyi matçların sayını 120-yə çatdırıb və yeni rekorda imza atıb. Buna qədər ən yaxşı göstərici “Mançester Siti”nin qapıçısı Klaudio Bravoya məxsus idi – 119 oyun.

Qeyd edək ki, İsveç - Çili oyunu Cənubi amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol