Menu

Bakının mərkəzindəki məktəb Təhsil Nazirliyinin tabeliyinə verildi - Qərar

13.07.2014, 10:04
Bakının mərkəzindəki məktəb Təhsil Nazirliyinin tabeliyinə verildi - Qərar

Baş nazir Artur Rasizadə Bakının Nəsimi rayonu ərazisində tamamilə yenidən tikilən 23 saylı orta məktəbin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, qərarda “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilməsi nəzərdə tutulur:

1. “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə aşağıdakı məzmunda 59-cu hissə əlavə edilsin:

“59. 23 nömrəli tam orta məktəb”.

2. “Təsərrüfathesablı təşkilatlar” bölməsinin 4-cü hissəsi ləğv edilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol