Menu

Sovetin böyük düşməni öldü

13.07.2014, 10:13
Sovetin böyük düşməni öldü

Valeriya Novodvorskaya Moskvada dünyasını dəyişib

Hüquq müdafiəçisi Valeriya Novodvorskaya Moskvada dünyasını dəyişib.

O, infeksion-toksiki şokdan dünyasını dəyişib. O, xəstəxanaya bu gün gətirilib. Həkimlər uzun müddət onun həyatı uğrunda mübarizə aparıblar.

Valeriya Novodvorskaya 17 may 1950-ci ildə Belarusun Baranoviçi şəhərində anadan olub. 1969-cu ildə antisovet təbliğatına görə həbs edilib. 1970-72-ci illərdə dəlixanaya salınıb. 1977 - 1978-ci illərdə gizli antikommuenist təşkilatı yaratmağı çalışıb. O, 1978, 1985, 1986-ci illərdə dissident fəaliyyətinə görə mühakimə olunub. 1987-ci ildən 1991-ci ilə kimi 17 dəfə tutulub.

SSRİ dağıldıqdan sonra da ona qarşı dəfələrlə cinayət işi qaldırılıb. /ANS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol