Menu

Əhali yanğına görə ayağa qalxdı - Qubernatorun istefası tələb edilir

27.03.2018, 10:29
Əhali yanğına görə ayağa qalxdı - Qubernatorun istefası tələb edilir

Rusiyanın Kemerovo şəhərində qubernator Aman Tuleyevin istefası tələbi ilə mitinq keçirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Qış albalısı” (“Zimnayaya vişnya”) Ticarət Mərkəzində baş verən yanğının səbəblərinin və hadisə ilə bağlı həqiqətlərin açıqlanmasını tələb ediblər.

Həqiqətləri bilmək haqlarının olduğunu söyləyən iştirakçılar Kemerovo vilayətinin qubernatoru A.Tuleyevin istefasını istəyiblər.

Qeyd edək ki, martın 26-da Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş güclü yanğın nəticəsində 64 nəfər ölüb, 44 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol