Menu

İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib

27.03.2018, 10:55
İsmayıllıda ana və qızı dəm qazından zəhərlənib

İsmayıllı rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhərinin S.Əsgərova küçəsindəki mənzillərdən birində yaşayan rayon sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Yaqut Əli qızı və onun qızı, 1984-cü il təvəllüdlü Hacıyeva Nuranə Məzahir qızı dəm qazından zəhərləndiyi üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol