Menu

Braziliya yığmasından rekord

13.07.2014, 11:27
Braziliya yığmasından rekord

İnamsız təsir bağışlayan komanda tarixində ilk dəfə bir turnirdə 14 qol buraxıb

Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edən Braziliya turnirdə rekord vurub.

ANS PRESS-in məlumatına görə, hər dəfə müsbət rekordlar əldə edən milli bu turnirdə istənilən uğuru əldə edə bilməyib. Yarımfinalda Almaniyaya 7-1 hesabı ilə məğlub olan sambaçılar Hollandiya ilə oynadığı bürünc medallar uğrundakı matçda da 3-0 hesabı ilə məğlub olaraq öz adına mənfi rekord əldə edib.

İnamsız təsir bağışlayan Braziliya yığması tarixində ilk dəfə bir turnirdə 14 qol buraxıb.

Braziliya eyni zamanda 1986-cı ildən bu yana bir turnirdə 14 qol buraxan son komanda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol