«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Kemerovo vilayətinin qubernator müavini Sergey Sivilov mitinqçilər qarşısında diz çöküb!
«Mən, yaramış indiki mürəkkəb vəziyyətə düşənlərdən üzr istəyirəm!» - deyə, məmur üzrxahlıq edib.
Məlumata görə, şəhərdə mitinqçilərin sayı bir neçə min nəfərdir - onlar Kuzbasın qubernatoru Amangəldi Tuleyevin istefaya göndərilməsi çağırışları səsləndirirlər.
Bu gün Kemerovoda keçirilən iclasda, ticarət mərkəzində baş vermiş yanğına görə, Tuleyev Prezident Putindən üzr istəyib.
İndi isə «Binəqədi yanğını»nı xatırlayın - bizim boynuyoğunların heç «tükü də tərpənmədi» - reaksiyaları isə belə oldu: «Uşaqsan bala...».


Şərhlər
Bizdə büdcə oğrularının övladları arasında azğınlaşma başlayıb.Onları dayandıracaq qüvvə yalnız xalq olacaq.Çünki qanunlar onların qarşısında gücsüzdür.Onlar oğurluq pullara əldə etdikləri var-dövləti sərgiləməkdən çəkinmir.Dövləti gözdən salmaq üçün həır cür hərəkət edirlər.Onlar üçün cəbhə xətti yoxdur.Hərbi xidmətlərini onlar üçün yaradılmış "idmançılar" hərbi hissələrində keçirirlər.Çox vaxt hərbi hissəyə,ancaq adlarını yazdırırlar..