Menu

Azərbaycan milli komandasının oyunu işıqlandırmaya görə gec başlayıb

27.03.2018, 20:36
Azərbaycan milli komandasının oyunu işıqlandırmaya görə gec başlayıb

Futbol üzrə Azərbaycan və Makedoniya milli komandalarının yoldaşlıq görüşü nəzərdə tutulan vaxtda başlamayıb.

"Report"un məlumatına görə, qarşılaşmanın keçirildiyi “Mardan" stadionunun işıqlandırılmasında problem olduğundan sözügedən matçın startı ləngiyib.

İşıqlandırma bərpa olunandan sonra oyunun start fiti vaxtından 7 dəqiqə gec çalınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol