Menu

Mədəniyyət və Turizm Nazirliyinin işçisi Ağdamda yol qəzasında ölüb

27.03.2018, 22:06

Qezada-sinmish-padpres-180912Ağdamda qəzada ölən şəxsin kimliyi bəlli olub. APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.

Qəzanın səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol