Menu

Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

28.03.2018, 10:55
Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb

Rusiyanın Kemerovo şəhərində ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Martın 28-də saat 15:00-dan 18:00-a qədər, martın 29-da isə saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər kitaba başsağlığı diləklərini qeyd etmək olar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol