“İctimai Televizyadakı debatlarda etdiyim çıxışlara görə, bir sıra məmurlar tərəfindən həyatım üçün böyük təhlükə yaranıb. Bu gün də belə məlumatlar mənə daxil olmaqdadır. Bu kimi halların qarşısını almaqdan ötrü tədbirlər görürük”.
Bu sözləri Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev deyib.
O bildirib ki, bir sıra məmurlar var ki, onu ölümlə hədələyirlər.
“Məni ölümlə hədələyənlər narahat olmasınlar. Biz onlardan qorxan deyilik və onların bu xalqa etdiyi cinayətlərin hamısını açıb ortaya qoyacağıq. Həmçinin, müəyyən tədbirlər də görəcəyik. Bizi qorxutmaqla yolumuzdan döndərmək mümkün deyil. Bu gün mənə böyük təzyiqlər var və onlara hələ ki dözürəm”.
Hafiz Hacıyev onu ölümlə hədələyən məmurların kimliyinin açıqlamaq istəməyib.
“Mən istəmirəm ki, onların adlarını deyim. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Onlar elə düşünməsinlər ki, milyardları var və məni istənilən vaxt öldürə bilərlər”.
Hafiz Hacıyev İTV-dəki debatda bir neçə məmur barədə sərt fikirlər səsələndirib.


Şərhlər
BUNU HEÇ KİM HƏDƏLƏYİB-ZAD ELƏMƏYİB.YALANDIR.GUYA XALQ BİLMİR Kİ,HAFİZ HACIYEVİ SEÇKİYƏ RADİKAL MÜXALİFƏTİN GÖRÜNTÜSÜNÜ YARATMAQ MƏQSƏDİ İLƏ QOŞUBLAR? O Kİ, QALDI TELEVİZORU KREDİTLƏ ALMAQ MƏZHƏKƏSİNƏ O DA YALAN VƏ GÜLÜNCDÜR. ROKFELLERİN NƏVƏSİ DƏ GEDİB KREDİTLƏ TELEVİZOR ALIB BÜTÜN DÜNYAYA SƏNƏD GÖSTƏRƏ VƏ İMİTASİYA EDƏ BİLƏR.AMMA O, HEÇ VAXT ETMƏZ.ÇÜNKİ ÇOX UCUZ VƏ PİNTİ HƏRƏKƏTDİR. Deyirəm bir xalq olaraq başımıza açılmayan oyun qalmadı.
Bunu oldyrmek kime lazimdir ki,bu da ozunu bir vacib wexsiyyet sayir.Onda gunah yoxdur onu seckiye buraxib o studiyayada Azerbaycani biyabir etdirendedir gunahin hamisi o ozu de cox gozel bilirki ondan PREZIDENT olmaq yox hec Prezidentin liftine de xidmete layiq deyil.Olkede meger layiqli adam yoxdurmu ki,bunu kimiler cixib orada onu bunu tehqir ve wantac edir ayibdir belelerine yerini gostermeyin vaxti catmayibmi ayibdir axi camaat tv-ye baxmasinmi.O adam debata civmaqa layiqdirmi? xalq baxir axi;
......
Sen agenti ....seni ......... tealete atmag lazimdir.Dediyin memurlarda,bir az da olsa insaf galib....
Yeni müsavat partiyası harada fəaliyyət göstərir və onun fəaliyyətini,işini görən, hiss edən varmı? Yoxsa o da iki-üç nəfərlik bəzi adı olub,özü görünməyənlərdəndir.Kİməsə lazım olanda buynuzları görünür..