Menu

Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

28.03.2018, 19:51
Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Ankarada rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol