Menu

Neftçalada tikintidə bədbəxt hadisə baş verib - Ölən və yaralanan var

28.03.2018, 21:03
Neftçalada tikintidə bədbəxt hadisə baş verib - Ölən və yaralanan var

Neftçalada tikintidə bədbəxt hadisə baş verib.APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Neftçala rayonu, Yalçın Hacıyev küçəsində qeydə alınıb.

Tikinti işləri zamanı qaldırıcı krandan qırılan beton parça rayon sakinləri, 1961-ci il təvəllüdlü Rzayev İlham Rza oğlu və 1983-cü il təvəllüdlü Lalayev Elşən Ölməz oğlunun üzərinə düşüb.

Nəticədə İ.Rzayev ölüb, E.Lalayev isə xəsarət alaraq Neftçala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol