Menu

“ABBAS ABBASOV AZƏRBAYCANA GƏTİRİLMƏLİDİR” – “Xüsusi xidmət orqanları...”

29.03.2018, 12:24

publika.az14242452531abbas

“O, həmişə hərəkətdədir. Azərbaycan dövlətçiliyinə qarşı hər zaman fəaliyyət göstərib, özünün xəstə ambisiyalarını həyata keçirməyə çalışıb. Artıq bu qədər də olmaz”. Bunları sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a baş nazirin sabiq müavini Abbas Abbasovla bağlı açıqlamasında deyib.

qabil-huseynli“AzPolitika.info”nun məlumatına görə, A.Abbasovun Avropada Azərbaycan hakimiyyətinin əleyhinə kampaniya aparan mühacirlərlə əlaqəsinin aşkar olunduğunu iddia edən Q.Hüseynli, sabiq baş nazir müavini barəsində cinayət işi açmağı və onun Azərbaycana gətirməyi təklif edib. “O, Azərbaycanda yüksək dövlət vəzifəsi tutub. Böyük vəzifələrə insanları təyin edərkən onların dilindən dövlət sirrini yaymamaq, dövlətçiliyə qarşı hərəkətlər etməmək barədə yazılı kağız alınır. Yəqin ki, Abbas Abbasov da belə bir öhdəliyi üzərinə götürüb. Bu tipli şəxsləri ölkədən kənara buraxmağın özü Azərbaycan hökumətinin yol verdiyi ciddi qüsurlardan biridir. Belə şəxslər ən azı 10 ilə yaxın ölkədə qalmalı, bir növ sınaqdan çıxmalıdırlar. Amma təəssüf ki, Abbas Abbasov Rusiyaya getdi, əvvəl orada biznesini qurdu, ardınca da Azərbaycan əleyhinə fəaliyyətə başladı”, - deyə, Hüseynli bildirib.

Sabiq dövlət müşaviri iddia edib ki, A.Abbasov öz ambisiyalarını həyata keçirmək üçün Rusiyanın siyasi elitası ilə əlaqələrindən yararlanır. Sitat: “O, ölkəmizdəki iqtidara olan ambisiyasını gizlətmir, bunu açıq şəkildə büruzə verir. Çox zaman oradakı diaspora ilə işləyir, onun gücündən istifadə edir. Bundan əlavə, köhnə əlaqələrindən, eləcə də, Rusiyadakı əlaqələrindən də yararlanmağa çalışır. Onu ən çox ürəkləndirən amillərdən biri də Rusiyanın siyasi elitası ilə olan əlaqələridir. Zənnimcə, Azərbaycan ən azından prezident seçkisindən sonra Abbas Abbasovun ölkəyə gətirilməsi ilə bağlı məsələlərə baxmalıdır. Uzun müddətdir ki, bu şəxs Azərbaycan əleyhinə işləyir. Abbas Abbasovun Azərbaycandakı fəaliyyətində kifayət qədər nöqsanlar tapmaq olar. Onun ucbatından günahsız insanlar indi də həbsxanalarda yatırlar. Ümumiyyətlə, Abbas Abbasovun həm Rusiyada olduğu zamanlarda göstərdiyi fəaliyyətinə, həm də Azərbaycanda vəzifədə olduğu zamanlardakı nöqsanlarına görə ən azı araşdırma aparmaq olar. Vaxtilə Heydər Əliyev çox böyük fəaliyyət göstərərək, Rusiyada gizlənmiş adamların çoxunu ölkəyə gətirdi, onların qanun qarşısında cavab vermələrinə nail oldu. Belə hərəkətləri hazırda aranı qarışdıran şəxslərə qarşı etmək lazımdır. Zənnimcə, həmin şəxslərin susdurulması, fəaliyyətlərinin dayandırılması bütün əndazələri aşan ”söyüş müxalifəti"nin fəaliyyətinin səngiməsinə gətirib çıxara bilər. Bildiyimə görə, Azərbaycan hakimiyyətinin xüsusi xidmət orqanları Abbas Abbasovun “söyüş müxalifəti” ilə əlaqələrini üzə çıxarıb. Bu barədə artıq müəyyən işlər aparılır. Güman edirəm ki, həmin tədqiqat işləri başa çatdıqdan sonra Abbas Abbasovu susdurmaq üçün lazımi addımlar atılacaq".

Q.Hüseynli Azərbaycan tərəfin A.Abbasovu Rusiyadan ölkəyə gətirmə imkanlarından da söz açıb: “Rusiya Abbas Abbasovu niyə də Azərbaycana verməsin? Əgər onun haqqında cinayət işi qaldırılsa, əməlləri sübuta yetirilsə, bunun vasitəsilə onu İnterpol xətti ilə Azərbaycana gətirmək mümkündür. Təki Azərbaycan hökumətinin istəyi olsun, bu istiqamətdə də fəaliyyət aparsın. Onun fəaliyyəti ilə bağlı qanunla ciddi cavab tədbirləri görməyə çox ehtiyac var”.

Şərhlər

Aydın 2018-03-29 12:24:27

BU ASBBAS ERMƏNİDİDİR AZƏRİDİR BİLMİRƏM. ANCAQ QOCA KİŞİDİR. TALANÇI MƏMURLARIN BİR PROBLEMİ OLAN KİMİ GÜNAHKAR ABBASDIR. AY MİLLƏT GÜNÜHKAR MİLLƏTİ SOYUB TALAYANLAR,ÖLKƏNİ DAĞIDANLAR,ZƏBT EDƏN HARIN MƏMURLARDIRLAR

Bəhram Qarabağlı 2018-03-29 12:24:27

Keçmiş siyasi DÖVLƏT MÜŞAVİRİnin keçmiş hökumət adamını mühakimə istəyi nələri aşkarlayır? A.Abbasovu müdafiə etmədən, qoyaq tərəzinin bir gözünə və R.Köçəryanı digərinə. Vaxtilə vəhşi dini-hərbi anti-Azərbaycan cinayətini siyasi qiymətlə gizlətmiş Q.Hüseynli, indi, RFnin iş adamını "söyüşçü"lərlə əlaqəsinə görə ittiham edir!? Elitanın mahir üzvləri "Бей своих, что-б чужие боялись!?", şüarı ilə dünyanın siyasi-kultural "QƏLƏBƏ"lərini qazanmaqdadırlar.

Akif 2018-03-29 12:24:27

......Erməbistanın arxasında Rusiya ordusu var.....

t.ədalət 2018-03-29 12:24:27

Rusiyanın himayə etdiyi adamlara hər yerdə yaşıl işıqdır.Abbas Abbasov,Söyün Sadılqov,Rüstəm İbrahimbəyov,Ayaz Mütəllibov və b. Azərbaycandakı rus sevdalıları ölkəmiz üçün həmişə təhlükə mənbəyi olublar.Bundan sonra da rusiyaya xidmət edəcəklər.Elə ona görə də Dağlıq Qarabağ məsələsi xeyli uzanacaq.

Asim 2018-03-29 12:24:27

Müfəttişə-vallah ...Kim insanları belə şərəfsiz etdi? Əlbəttə ki, ölkə orta əsrlər qanunlari ilə idarə olunur.Bu vəziyyət kimə sərf etdiyi məlundur.Azpolitika kişi ol bu yazını olduğu kimi ver!

Müfəttiş 2018-03-29 12:24:27

Sağ ol Asim, yaman dedin....

asim 2018-03-29 12:24:27

bAŞA düşmək olmur.Nə qədər ikiüzlü(hətda çox üzlü) adamlarla bu ölkə dolubdur.Bimirsən hansının sifətinə tüpürəsən.Azpolitika kişi ol bu yazını olduğu kimi ver!

matin 2018-03-29 12:24:27

Hakimiyyətə iddialı yalnız Naxçıvanlılar və DERORTASOYA ola bilər. Abbasov kimdir ki belə iddia da buluna! Düzdür onun da ermənilərlə bir az qohumluğu var! Ey xalqım münəccimlik eləmək lazım deyil, bizdə hələ qəbilə şüürudur, milli şüür formalaşmayıb. Ona görə də kimin kimi müdafiə edəcəyi əvvəlcədər bəllidir. Siz xaxtı ilə depu olmuş Əli Əlirzayevin, Ramiz Rövşənin, Musa Yaqubun və s. çıxışlarına hərəkətlərinə baxın! Vəzifə bal kimi şirindir.Onlar üçün vəzifə qəbiləsinə yaxın olmaq hər şüydən üstündür.

Elchin 2018-03-29 12:24:27

Akifə-Bu vaxtla Qabil Heseynli harada idi?..

Akif 2018-03-29 12:24:27

Abbas Abbasov, Qabil Hüseynlidən fərqli olaraq əqidəsinə dönük insan deyil.O, Qarabağ hadisələri başlayan zaman ailəsinin firavan yaşayışını təmin etmək əvəzinə özü vəsaiti hesabına digər dostları ilə birgə o vaxt Şuaşa şəhərinin milis rəisi işləmiş rəhmətlik Əlamdara çoxlu sayda silah sursat alıb göndərirdi. Bundan başa, danılmaz faktdır ki, Abbas müəllim,Vəzirovun göstərişi ilə rəhmətlik Polyaniçka ilə birlikdə daim Qarabağda olub,orada tikinti işləri aparıb.Bu vaxtla Qabil Heseynli harada idi?

oxucu 2018-03-29 12:24:27

indi də bu çıxdı.

Vətəndaş 2018-03-29 12:24:27

Əqidəsini dəyişənlərin yazdıqlarına fikir vermək lazımdeyil.Q.Hüseyinlidə əqidəsini dəyişənlərdəndir.

Hüquqsuz vətəndaş 2018-03-29 12:24:27

Bu adam iqtidarın qarşısında xal qazanmaq üçün A.Abbasov kartından iyrənc bir şəkildə istifadə etməklə gündəmə gəlmək istəyir,xüsusi xidmət opqanlarına işarə verir, hətta onun barəsində hər-hansı bir cinəyət işini başlayıb axtarışa verilməsini də təklif edir.Amma ölkə daxilindəki korrupsiyadan bir kəlmə də dilə gətirmir.Mən elə başa düşürəm ki,A.Abbasovdan süni şəkildə düşmən obrazı yaradaraq ölkədən çıxarılmış 100 milyard pulunu da onun boynuna yıxacaqlar.Belə getsə şərh yazmağını da cinayət sayacaqlar.

Bashirov Qarib 2018-03-29 12:24:27

Adam on ildir ishden chixib, Q.Huseynli deyir ki,onun ishinde bir noqsan tapib ,ona cinayet ishi achaq ve interpol vasitesi ile hebs edek.Bu cur absurd ifadelerle bu nece dovlet mushaviri ishleyib, muxalifet rehberlerinden biridir.Onu sherleyib tutunca, hal-hazirki emellerini subut edib, cezalandirmaq olmazmi? Eger emelinde cinayet terkibi yoxdursa, sen ona ne ede bilersen? Dunyani ozune guldurmek isteyirsiniz?

Akif 2018-03-29 12:24:27

Elçinə-Bu vaxtlar... Göründüyü kimi, orada "r" hərfi buraxılıb.

Akif 2018-03-29 12:24:27

Elçinə-Bu vaxtlar Qabil Hüsenli harada idi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol