Azərbaycanda mərc oyunları keçirən “Futbol-Planet” MMC-yə qarşı maliyyə sanksiyasının tətbiq olunması ilə bağlı məhkəmə keçiriləcək. Şirkətə qarşı maliyyə sanksiyasını Bakı Şəhər Vegilər Departamenti tətbiq edib.
Şirkət departamentin iddia etdiyi məbləği ödəmədiyindən qarşı tərəf məhkəməyə müraciət edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bakı Şəhər Vegilər Departamentinin iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə Ali Məhkəmədə baxılacaq.
Maliyyə sanksiyasının məbləği açıqlanmır, lakin təxminən 18 min manatdan söhbət getdiyi bildirilir.
Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bir müddət əvvəl “Futbol-Planet” MMC-nin keçirdiyi lotereya fəaliyyətini dayandırıb.


Şərhlər