Menu

UEFA Rusiya klubunu cərimələyib

29.03.2018, 19:40
UEFA Rusiya klubunu cərimələyib

UEFA Rusiyanın Mərkəzi Ordu İdman Klubunu 30 min avro məbləğində cərimələyib.

"Report"un məlumatına görə, səbəb klub azarkeşlərinin Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında səfərdə Serbiyanın "Srvena Zvezda” ilə oyunda qeyri-etik davranışlar etməsidir.

Fanatlar 0:0 hesabı ilə başa çatan görüşdə tüstü bombası və digər pirotexniki vasitələrdən istifadə edərək stadionun tüstülənməsinə səbəb olublar.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab qarşılaşması isə MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol