Menu

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib - Küləklə bağlı

30.03.2018, 09:16
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib  - Küləklə bağlı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

“Report” xəbər verir ki, qurum sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib.

Həmçinin, sərnişinlərdən Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol