Menu

DEPUTAT NAZİRİ İSTEFAYA ÇAĞIRDI! - “Yaxşı olardı ki, öz təşəbbüsü ilə istefaya getsin”

30.03.2018, 13:04
DEPUTAT NAZİRİ İSTEFAYA ÇAĞIRDI! - “Yaxşı olardı ki, öz təşəbbüsü ilə istefaya getsin”

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.

APA-nın məlumatına görə, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.

Şərhlər

Məmmədquluya 2018-03-30 13:04:35

korrupsiyasından çıxış görünmür! Amma, hələ Sovet dövründə Azİİnin rektoru, özü də naxçıvanlı İ.Ə.İbrahimov Nazirlər Sovetini cəsarətlə tərk edib öz işinə qayıtmışdı. Maxinasiyadan uzaq Saf İnsan 100 il yaşadı. Müqəddəs və Parlaq Ruhu Şad olsun.

CAVİDƏ NURƏDDİNDƏN 2018-03-30 13:04:35

XAHİŞ EDİRƏM "HƏRBİ PENSİYAÇI"nın ÜZƏRİNƏ HÜCUMA KEÇİB İCTİMAİYYƏTƏ GÜN KİMİ BƏLLİ OLAN FAKTLARIN ÜSTÜNÜ QAPAMAQLA KİMLƏRSƏ QƏHMƏR ÇIXMAYIN.BİLİRİK Kİ,ÖLKƏDƏ KİFAYƏT QƏDƏR ÜZƏ ÇIXMIŞ QIP-QIRMİZİ FAKTLARI YALAN ADLANDIRIB ARADAN ÇIXMAQ YAXIN AYLARA QƏDƏR DƏB İDİ.AMMA DAHA BU PRİYOM DA İŞLƏMİR.ƏLBƏTTƏ ADAM DÜZ DEYİR.SƏFİRLƏRİN ƏKSƏRİYYƏTİ GÜLÜNC HALDADIR.ONLARA DİPLOMAT DEMƏK OLARMI?FAKT İSTƏYİRSƏN?GİR YUTUBA BAX. ORADA ŞƏRABÇI SƏFİR,BANGİR SƏFİR,BÜTÜN GÜNÜ "PİYAN SƏFİR" VƏ DAHA MARAQLI SƏFİRLƏR GÖRƏCƏKSƏN.

Akif 2018-03-30 13:04:35

Mən, bitərəf Azərbaycan vətəndaşı isə, bütün hakimiyyəti,o cümlədən Fəzail Ağamlı tam heyyətlə istefaya çağırıram.Hakimiyyət artıq özünün korrupsioner olmasını nəinki xalqımıza,həmçinin bütün dünya ictimaiyyətinə tanıdıb.Aydındır ki,bu hakimiyyət könüllü istefaya getməkdən bərk qorxur.

İlmeh Feod 2018-03-30 13:04:35

Optimist strategiyadır. XİN vəzifəsini də cütləşdirmək lazımdır. F.Ağamalını və Z.Orucu, hər ikisini də Xİ NAZİRİ təyin etmək doğru olardı?

hərbi pensiyaçı 2018-03-30 13:04:35

Səfirliklərin hamısının başı qarışıb alverə. Diplomatik yük adı altında dövlətin vəsaiti hesabına öz şəxsi yeklərini daşıyırlar, alver edirlər. Səfirliklərin əməkdaşları əsasən qohum-quda prinsipi əsasında təyin ediliblər.

Firudin 2018-03-30 13:04:35

Rehmetlik A.Elchibey Moskvada Yelsinle tercymeci ile sohbet eyledi.Men hesab edirem ki, boyuk sehv idi.!Xariji ishler naziri poliglot,dunyevi tecrybeli siyasetci olmaludur.Milli sol,ultra sag sosialistler,kommunistler,demokratlar ortaya kimleri cuxarurlar?

G.M 2018-03-30 13:04:35

Məmmədyarov bu gün müasir Dünyada gedən siyasi duruma adekvat kadrdı.fəzailin onu istefaya çağırması,``öz gözündə tiri görməyib,özgə gözündə tük axtarmağa`` bənzəyir.zahid,arzaz... Deputatlıqdan istefa verəndə e.məmmədyarov da nazirlikdən istefa verəcək.

X 2018-03-30 13:04:35

BASQA FİKRE EHTİYAC OLMADİGİ UCUN t.ədalet beyin fikri ile tam raziyam

Arif 2018-03-30 13:04:35

NEHAYET, Milli Meclisden ILK DEFE, CHOX MUHUM - CESARETLI ve DUZGUN BIR CHAQIRISH - TELEB SESLENDI deputat Fəzail
Ağamalı terefinden nazir Elmar Memmedyarov barede.
Azerbaycanin XIN naziri Elmar Memmedyarov TAMAM IFLIC EDIB
Daqliq Qarabaq ve etrafindaki 7 rayonlarin ermeni-rus ishqalindan AZAD EDILMESI UCHUN , CESARETE HESRET QALAN Azerbaycanin
xarici DIPLOMATIYASINI...ermeni S. Kalantarov - Lavrov terefinden...

məmmədqulu 2018-03-30 13:04:35

Bu məmmləkətdə heç kim seçilmir və heç kim də öz xoşu ilə istefa vermir. Bu kruqdan çıxmaq heç kimə müəssər olmur. Bu kruqdan çıxmaq çox opasnı məsələdir.

NURəddin 2018-03-30 13:04:35

ŞÜBHƏSİZ Kİ, BU FƏZAİL AĞAMALININ SÖZÜ DEYİL.BU SEÇKİLƏRDƏN SONRA NƏLƏR BAŞ VERƏCƏYİ HAQDA İCTİMAİYYƏTƏ SIZDIRMADIR.MƏMMƏDYAROV POSTU OLDUQCA VACİB BİR POSTDUR.HAZIRKİ İQTİDARDA BU MƏSULİYYƏTİ DƏRK EDƏ VƏ DAŞIYA BİLƏCƏK LAYİQLİ MİLLİ KADR, KÖKƏNLİ TÜRK YOXDUR.MƏMMƏDYAROV ZAHİRƏN AZƏRBAYCANLIYA BƏNZƏSƏ DƏ BÜTÜN PARAMETRLƏRİ İLƏ ƏSL RUSDUR VƏ O ÖZÜNÜ BU KÖKƏ SALIB.

Vətəndaş 2018-03-30 13:04:35

Əcaib yazıdır.Ölkədə nazir bir sahənin taleini həll edir.Bu postu tutan şəxs həmin sahəni yaxşı bilən.hazırlıqlı,bacarıqlı şəxs olmalıdır.Ancaq Azərbaycanda bəzən belə olmur.Buna çox misal gətirmək olar.Kənd təsərrüfatı,səhiyyə,xarici işlər,iqtisadiyyat,nəqliyyat-rabitə,Banklar,Komitələr və bu kimi məsul idarələrin iş nəticələrinə baxmaq kifayət edir. Ancaq nəticə çıxaran tapılmır.

t.ədalət 2018-03-30 13:04:35

Elmar Məmmədyarov,doğrudan da nazir vəzifəsinə yaramır.Onun mövqeyi və çıxışları Müstəqil Azərbaycandan çox,müstəmləkə Azərbaycanın mövqeyinə oxşayır.rusdillidir.Milli kimliyini dürüst ifadə edə bilmir...

Arif-ə 2018-03-30 13:04:35

Heç bir nazir öz bildiyi kimi işləyə bilməz.Əlalxüsus da XİN.Ona görə Məmmədyarovu çox da qınamayın.Güclü qüdrətli ordusu olan ölkə bütün mövcud BMT qərrlarına uyğun olaraq işğal olunmuş torpaqlarını azad etmək üçün heçimdən icazə almır. Sadəcə bunu istəyən yetkili varmı?

Cavid 2018-03-30 13:04:35

"hərbi pensiyaçı"ya (yəqin ki, "təqəüdçü" nəzərdə tutulur. Deyilmi, ey milli insan?)

Dediklərinə əminsənsə, sənəd-sübut gətir! İndi mən də durum deyim ki, səni ordudan filan şeyə görə uzaqlaşdırıblar, yaxud başqa br şər atım, əlbəttə ki, bəyənməzsən, deyərsən sbut elə. Sən də sübut elə dediklərini. Yoxsa, Məşhər günü səndən Allaha şikayət edənlərin sayı artacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol