Menu

Cavad Heyətin ölüm xəbəri yalan çıxdı

14.07.2014, 10:35
Cavad Heyətin ölüm xəbəri yalan çıxdı

Professor Mərkəzi Gömrük Hospitalına yerləşdirilib

Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət dünyasını dəyişməyib.

Bu barədə ANS PRESS-ə alimin tələbəsi Pərvanə Məmədli məlumat verib. O, bildirib ki, mətbuatda C. Heyətin ölümü ilə bağlı yayılan xəbərlərlə əlaqədar professorun qızı ilə əlaqə saxlayıb. Cərrahın qızı isə atasının dünyasını dəyişmədiyini və hazırda Bakıdakı Gömrük Hosbitalında reanimasiyaya yerləşdirildiyini deyib

Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinin baş həkimi ANS PRESS-ə açıqlamasında Cavad Heyətin vəziyyətinin stabil ağır olduğunu bildirib: “O, xəsttəxanaya ürəyində olan problemə görə gətirilib. Onun vəziyyəti ağırdır. Heç bir dəyişiklik yoxdur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol