«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rakka şəhəri yaxınlığındakı qəsəbələrdən birinin köklü ərəb əhalisi Amerika Birləşmiş Ştatlarının (ABŞ) nəzarəti altında olan silahlı birləşmələrə qarşı üsyana qalxıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisi, general-polkovnik Sergey Rusdskoy bəyan edib.
Onun sözlərinə görə, üsyan martın 25-də Rakkadan 25 kilometr cənub-qərbdə yerləşən Ə-Məqsur rayonunda başlayıb. Yerli əhalinin qəzəbinə səbəb olan isə «ABŞ tərəfindən dəstəklənən döyüşçülərin özlərini özgə torpaqlarında işğalçı kimi aparması» olub.
General qeyd edib ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanlığı və ABŞ tərəfndən təyin olunmuş yerli özünüidarə orqanları humanitar problemlərin həllinin öhdəsindən gələ bilmirlər.
«Köklü ərəb əhali repressiyalara və ayrı-seçkiliyə məruz qoyulur, məcburi səfərbərlik aparılır. Bu da yerli sakinlərin kəskin narazılığına səbəb olur» - Rudskoy bəyan edib.
Onun sözlərinə görə, Rakkada vəziyyət hələ də katastrofikdir.
«95 min qaçqının qayıtmış olduğu əyalətin paytaxtında infrastruktur demək olar, tamamilə dağıdılıb, sakinlərin kommunal və sosial xidmətlərə çıxışı yoxdur. Şəhərdə cəmi bir xəstəxana və doğum evi fəaliyyət göstərir» - Rudskoy əlavə edib.
Rudskoy qeyd edib ki, su təchizatı şəbəkəsinin işləməməsi səbəbilə, ərazidə ciddi su problemi var.


Şərhlər
Rehmetlik heyder eliyev demişken amerika ile iş görün amma ehtiyatkı olun yeni tam güvenmeyin amerikanın sag gözü israil sol gözü ereblerdi yeni ikice dene qardaşı var yehudi ve erebler