Menu

Bakıda “Mercedes”lə toqquşmadan sonra “VAZ” avtomobili yandı

01.04.2018, 11:05
Bakıda “Mercedes”lə toqquşmadan sonra “VAZ” avtomobili yandı

Bakıda yanğın baş verib.

FHN-dən verilən məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Mercedes“ markalı iki minik avtomobili toqquşub, nəticədə yanğın baş verib.

Yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanmış, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Digər avtomobil yanğından mühafizə olunub.

Alov xilasedicilər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol