Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb.
Şəki Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.
İş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.


Şərhlər
Hörmətli cənab Prezident,Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik və Prezident seçcisində sizə uğurlar arzulayırıq. Siz gecə-gündüz Azərbaycanımızın inkişafı və xalqımızın rifahı üçün çalışırsınız ki,xalqımız firavan yaşasın,ancaq öz xdmətləri ilə etimadınızı doğrultmaq əvəzinə savadsız kadrların təyinatı "Ana ölümü" və vətəndaşın dövlətdən narazı salma hallarına gətirib çıxarır.
Odur ki,Şəki də köklü kadr islahatların aparılması vaxtı gəlib çatmışdır. Xahiş edirik nəzərə alasınız.
Oğuz,Qax,Zakatala və Mingəçevir xəstəxanalarından Statistik uçotunu Səhiyyə Naziri götürüb baxsın,Şəki əhalisinin pasentləri qeyd olunmuş rayonların xəstəxanalarında müalicə olunurlar,çünki Şəki xəstəxanasında savadlı həkimlərə şərait yaradılmayıb, yaradılsaydı saydı Ana ölümü heç vaxt olmazdı. Şəkidə Ana ölümünün qarşısını almaq üçün ciddi kadr islahatları aparılmalı,özəl klinikalara qanunsuz satılmış avadanlıqlar öz təyinatı üzrə bərpa olunmalıdır.İnventarizasiya aparılsa Şəki MRX-da dəyərli avadalıqların
Şəki Regional Perinatal Mərkəzində ana ölümü adi hal alıb.Bu RPM-də onlarca gənc anaların ölümü baş verib,ancaq bu vaxta kimi heç kim cəzalandırılmayıb ? Ana ölümünün səbəbkarları Qanuni öz cəzalarını almalı,başqalarıda görülmüş işlərdən özləri üçün ibrət dərsi götürməlidirlər.