Menu

Əfqanıstanda 30 "Taliban" terrorçusu məhv edilib

01.04.2018, 12:57
Əfqanıstanda 30 "Taliban" terrorçusu məhv edilib

 

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində xüsusi təyinatlı qüvvələr tərəfindən aparılan əməliyyat nəticəsində azı 30 "Taliban" silahlısı məhv edilib, daha 10-u yaralanıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü əyalətin polis rəisi general Abdul Raziqə istinadən "The Khaama Press" nəşri məlumat yayıb.

Əməliyyat cümə günü gecə yarısı Mayvand rayonunda aparılıb.

"Reyd zamanı yaraqlıların 10 sığınacağı məhv edilib, həmçinin azı 30 yaraqlı öldürülüb, daha 10-u yaralanıb", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol