İranda 5,3 bal gücündə zəlzələ olub. TASSxəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Kermanşah vilayətində, Sarpol-e-Zahabda qeydə alınıb.
Vilayətin səhiyyə xidmətinin nümayəndəsi Maziar Təhmasibi bildirib ki, zəlzələ zamanı 15 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.


Şərhlər