Türkiyyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib. Öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib.

"Bizim işğalçılıq ayıbımız yoxdur Ey Netanyahu. Sən işğalçısan! İşğalçı olaraq o torpaqlarda bulunursuz. Eyni zamanda sən bir terroristsən" - Ərdoğan bildirib.

Türkiyə prezidenti Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Türkiyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, terror siyasəti yürütməkdə davam edir".

Ərdoğan Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır".

"AzPolitika.info" həmin çıxışı təqdim edir: