Menu

14 yaşlı oğlan kanalda batıb

02.04.2018, 18:49
14 yaşlı oğlan kanalda batıb

Mingəçevirdə kanalda batan 14 yaşlı oğlanın meyiti tapılıb.

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

* * *

Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol