Menu

Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır

03.04.2018, 11:15
Akkreditə olunmuş beynəlxalq müşahidəçilərin sayı 900 nəfərə çatır

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.

MSK-dan APA-ya verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 58 təşkilat və 59 ölkədən 871 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 56 min 864 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol