Menu

“Səsinizi çıxarın, mövqeyinizi bildirin!” - Siyavuş Novruzov

03.04.2018, 12:19
“Səsinizi çıxarın, mövqeyinizi bildirin!” - Siyavuş Novruzov

“Bu günə qədər bir dənə də Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən adını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirirlər. Belə çıxır ki, ermənilər artıq istirahət edə bilərlər, çünki artıq onların funksiyasını yerinə yetirən var”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu yaxınlarda Kölndə azərbaycanlıların 31 mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə də həmin şəxslərin təxribat cəhdi bunu sübut edib: “Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!”.

Şərhlər

Alı 2018-04-03 12:19:08

Ardı:
Burda bir şer yadıma düşdü.Bir az latayırdı amma dah neyniyək söyüşün biri 1 qəpik olan məmləkətdə beləsi daha effeklidi.
Aşıqları bol olan 2 qonçu rayonumuzun arasından 1 çay axır.Bu çayda su az olanda aşıqlar bir biri ilə mehriban olurdular.Elə ki yazda çay daşdı və çayı keçmək mümkün olmur bax onda hər 2 rayonun aşıqları 2 tərəfdən yıgısır çayin kənarina...
!-ci tərəf aşıqlar aldı görək nə dedi:
Talaşanızı talanızı
Eşşək üstə palanınızı
Yumuru göbık xalanızı
..... çayin bu tayinda
2-ci tərəf aşıqlar

Alı 2018-04-03 12:19:08

Ardı: siz olacaqsınız.Cünki xaricdəkilər nələri var itiriblər.İndı ölkədə hamı səssiz qalsa da hər şeyi yaxşı bilir.Bu gün öndə gedən təbligatçıların, orden medal alanlarin,Prezidenti tərifləyənlərin hamısı vaxtı ilə hakimiyyəti ən agır formada təhqir edənlərdir və hamı bunu bilir.İndi siz deyin Siyavuş.Belələrinin bu gün təbligatına Prezidenti tətif etməsinə kimsə inanar? ....hanı bəs YAP-ın 700 minlik ordusu ki onların içindən 1-2 nəfər tapa bilmirsiz bunların ümidinə qalmısız Siyavuş?

Alı 2018-04-03 12:19:08

Indi ən yüksən vəzifə tutanlar,deputatlarin çoxu yaxin keçmişdə bu iqtidari "ƏN YÜKSƏK SƏVİYYƏDƏ" söyənlər deyilmi?Budur sizin siyasət.Yəni məni söy və söydüyün söyüşün dərəcəsində vəzifə al.Yəqin xaricdəkilər də PRAKTİKAYA ümid edib daha da QƏŞƏNG söyürlər.Agıllı adamlar başqalarının səhvindən nəticə cıxarır.Cünki insanın öz səhvindən öyrənməyə ömrü catmaz.Amma siz heç öz səhvlərinizdən də nəticə çıxara bilmirsiz.Belə söyüşlə davam etsəniz bu problem həll olmayacaq ...

Alı 2018-04-03 12:19:08

ARDI. başda olmaqla sən Siyavuş F.Agamalı Hafız Hacıyev kimilərdir......Əli Kərimliyə nifrət edirəm.Amma onun ailəsini söydürən sizlər deyilmisiz.Hafiz Hacıyev bu günlər debatda yenidən Ə.Kərimlinin ailəsini təhqir edəndə yanımda YAP-cı dostlarım bir agizdan "Səni bura çıxarib mikrofon verənin .. ......" dedi.Nədən narazısiniz Siyavuş? Prezidentliyə namizəd etdiyiniz 7 nəfərin hamısi yaxın keçmişdə hakimiyyəti belə ən agır təhqir edənlər deyilmi?

alı 2018-04-03 12:19:08

Necə çıxarsınlar səslərini?Bunlar da xaricdəkilərimi söysünlər....Məsəl var:"Söymə hambal dədəmə söyməyim bəy dədənə".Bu nə ... siyasətdir.Ö...........

Semed 2018-04-03 12:19:08

hormetli siyavus muellim.sizinle tam raziyam.o sesini cixarmayan bu gun iqtidarin coreyini yeyib partizan kimi susanlar daha qorxuludurlar.orda mitinq eleyenler bilirik hansi yuvanin qusudurlar amma bu susanlar Allah bizim hamimizi onlardan qorusun suyun lal axani adamin yere baxani

Koxa 2018-04-03 12:19:08

15 idi hakimyetdesiz ..... hele utanmadan danışırsan ay Seyavuş xaricde ne deyirler bilmirem şexsen men Mehriban xanım Paşayevadan başqa hec kese inanmıram . .....

miri 2018-04-03 12:19:08

Avropa sərhədlərinin bizlərə açıq olacağı təqdirdə hər 10 nəfərdən 9 u Bu məmləkəti istənilən halda tərk etməyi arzulayır. Faktiki əhalinin yarıdan çoxunun yaşayış təminatı qonşu ölkələr hesabinadir.Vətəndaslarin əksəriyyətidigər ölkələr vətəndaşlıqi almaq imkanı olarsa hər şeyini satıb köçməyə, hətta həmin ölkələrin vətəndaşlığına belə razıdır.Bu məmləkəti bu bərbad günə salıb, indi um küs eləmək çətin fayda verər, cənab Siyavuş .Mövqeyini bildir deməklə olmur.... İş görmək, milləti əzmək yox,fayda vermək lazımdır.

Memmed 2018-04-03 12:19:08

Ardı; Eliheyder "Qarabağ senin ...... deyil her gelene veresen.Kürümek lazımdı yaramazları vessalam.

Memmed 2018-04-03 12:19:08

Nece vaxtdı özümü cırıram Siyavuş bey,dövletde bilirsiz ne qeder lazımsız adamlar var....O Zahid Oruca seslenirem müsteqilliyin yükünü çiyinlerimde daşımışam qalmışıq düzlerde sen ise gör neçenci çağırışdi deputat teyin olunmusan.Yadıma rehmetlik Neriman Nerimanovun Eliheydar Qarayeve dediyi bir kelam düşür.Eliheyder Cumhuriyyet dövründe Qarabağı ermenilere vermeyi teklif edir,Nerimanov deyir;

keçici qırmızı bayraqlar 2018-04-03 12:19:08

Diaspora ilə o qədər pullar xərcləndi, kürü yaxmacları verildi, rüşvətlər verildi (pardon onlar sizi tərifləmək üçün idi yoxsa?), bəs o kisələri dartanlar yoxa çıxıblar, onlar niyə çıxmır erməni səfirliyinin qarşısına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol