Menu

Ağır ürək əməliyyatı keçirən deputat Milli Məclisin iclasına qatılıb

03.04.2018, 13:50
Ağır ürək əməliyyatı keçirən deputat Milli Məclisin iclasına qatılıb

Ağır ürək əməliyyatı keçirən deputat Nəriman Əliyev Milli Məclisin plenar iclasına qatılıb.

“Report”un xəbərinə görə, deputat özünü yaxşı hiss etdiyini, müalicəsini ev şəraitində davam etdirdiyini bildirib.

Qeyd edək ki, yanvarın 10-da 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı, 50 yaşlı Nəriman Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib, onu həmkarı Rəşad Mahmudov əməliyyat edib. Ağır əməliyyat 9 saat çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol