Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov bank kreditləri ilə bağlı müraciət edib.
Unikal.org xəbər verir ki, o, komitə sədri Ziyad Səmədzadəyə xitab etdi: "Mən istərdim ki, Ziyad müəllim və müvafiq qurumların rəhbərliyi bu məsələni ciddi araşdırsın. Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada heabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzür məclsini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.
S.Novruzov Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etdi: "Biz bu qurumu iki il əvvəl yaratdıq. Ancaq nə səs var, nə soraq. Banklarda şuralar, rəhbərlər dəyişir, hələ Milli Məclis qarşısında deməyiblər ki, nəticə necə oldu. Ən əsası insanların vəziyyətidir, cənab prezident də həmişə insanlarımızın problemlərinin həlli üçün çalışır. Biz qanun qəbul etdik, valyutadəyişlmə məntəqələri yenidən bərpa olunsun. Orada 9 mindən artıq insan ailəsinə çörək aparırdı. Amma məsələ indiyə qədər həllini tapmayıb. Bu, kiminsə inhisarına çevrilib, qanun qəbul olunmasına baxmayarq, imkan verilmir. Hər bir insanı cənab prezidentdən gözləməli deyilik ki. Hər kəs öz işi ilə məşğul olmalıdır”.


Şərhlər
Siyavuş müəllimin qaldırdığı məsələdən başqa, Maliyyə Bazarlarına NP sədr vəzifəsinə Rüfət Aslanlı təyin olunduğu gündən Səhimdar Cəmiyyətlərdə özbaşnalıqlar hökm sürməyə başlayıb. Belə ki, üzv olduğumuz Səhmdar Cəmiyyətlərdə illik Ümumi İclaslar çağrılmır,audit yoxlaması aparılmır,illik gəlirlərin 90%-i hesaba daxil olmur və bu səbəbli səhmdar cəmiyyətlər öz səhmdarlarına bir manatda olsa divident verməyib,qanunsuzluğa da göz yumulub.Onların qanunsuz fəaliyyətləri vətəndaşı dövlətdən narazı salma hal.gətır
Respublikamızda fəaliyyət göstərən Səhmdar Cəmiyyətlərin gəlirləri yalnız səhm paçetinin 50 %-dən çoxunu əldə edən şəxsə məxsudur,yerdə qalan Səhmdarlar isə farmal xarakter daşıyır.
SC-in illik hesabatlarına nəzarət,Balans hesabatları,Audit yoxlamaları aparılmır."Şəki-Bazar" ASC-nin direktor vəzifəsinə
"Mollalıqla" məşğul olan Eldənizi,Baş mühasib vəzifəsinə isə "Dəmirçiliklə"məşğul olan Sənayili təyin ediblər.Bu səbəbli Bazarda ildə 600,0 min manat vergidən yayınmasına baxmayaraq göz yumulur ?Səbəbini..?