Menu

Pirallahıda inşa edilən dərman zavodunda işlər 3 ay ləngiyib

03.04.2018, 15:19
Pirallahıda inşa edilən dərman zavodunda işlər 3 ay ləngiyib

Bakının Pirallahı qəsəbəsində inşa edilən dərman zavodunda işlər texniki problemlərə görə 3 ay ləngiyib.

Bu barədə "Report"a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi məlumat verib.

Xatırladaq ki, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin tikintisi məqsədilə yaradılmış “Caspian Pharmed” birgə müəssisəsində İran tərəfi (“TPİCO”) 49%, “Azersun Holding” MMC 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC isə 25% paya malikdir.

"Hazırda isə inşaat işləri davam edir. Bu yaxınlarda İranın səhiyyə naziri Azərbaycana gələcək. Pirallahı dərman zavodu nazirin xüsusi diqqətindədir. Səfər zavodda aparılan işlərin daha da sürətləndirilməsinə töhfə olacaq", - deyə o, qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol