Menu

Abdullah Güldən vida çıxışı

15.07.2014, 08:21
Abdullah Güldən vida çıxışı

Türkiyə prezidenti Abdullah Gül siyasətdən getməyəcəyi ilə bağlı açıq-aydın mesaj verib.

Avropa.info xəbər verir ki, dünən təşkil edilən bir iftar süfrəsindən sonra çıxış edən Gül prezident olduğu 7 il ərzində bir sıra uğurlara imza atdıqlarını bildirib. Prezident müddəti bitdikdən sonra siyasətdən ayrılmayacağını da deyib.

"Bu gün sülhün, hüzurun təsis edildiyi bir nöqtədəyik. 7 illik görəvim bitdi. Mən uşaqlıqdan vətən və millət məsələləri ilə maraqlandım. Şübhəsiz ki, bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Bunun çox yolları var. Harada olacağımı İnşallah birlikdə görəcəyik. Mən bu gün sizə vida çıxışımı etdim."

Qeyd edək ki, bir müddət öncə, Gülün siyasətdən gedəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Sonradan isə, Abdullah Gülün AKP komandasında qalacağı və partiyaya başqanlıq edəcəyi ilə bağlı informasiyalar dövriyyəyə buraxıldı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol