Menu

Azərbaycan-İran birgə avtomobillərinin ilk nümunəsi hazırlandı - QİYMƏTLƏR

05.04.2018, 15:46
Azərbaycan-İran birgə avtomobillərinin ilk nümunəsi hazırlandı - QİYMƏTLƏR

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb.

Trend-in məlumatına görə, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir.

Avtomobillərin qiyməti 14-16 min arasında olacaq.

Bunu zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümayəndəsi Emin Axundov deyib.

E. Axundovun szölərinə görə, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. E.Axundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

Qeyd edək ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.

[gallery columns="4" size="full" ids="407933,407934,407935,407936"]

Şərhlər

Memmed 2018-04-05 15:46:28

Kimdi alan,lazımsız proekt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol