Menu

İhsanoğlundan Məsud Özilə sürpriz zəng

15.07.2014, 08:29
İhsanoğlundan Məsud Özilə sürpriz zəng

Türkiyə prezidentliyinə namizəd Ekmələddin İhsanoğlu futbol üzrə dünya birinciliyində Argentinanı məğlub edərək, çempion olan Almaniya millisinin formasını geyən Məsud Özilə zəng edib.

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, E.İhsanoğlu Özili əldə etdikləri uğurla bağlı təbrik edərək, qazandığı “ uğurlarla fəxr ” etdiyini söyləyib.

“Uğurlarınızın davam etməsini arzulayıram” -deyə, prezidentliyə namizəd söyləyib.

Tanımış futbolçu öz növbəsində təbrik görə, E.İhsanoğluna təşəkkürünü bildirib: “Mənə zəng etməyinizdən çox sevindim. Mən də sizə seçkidə uğurlar arzulayıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol