Menu

Şimali Koreyanın futbol videosu saxta çıxdı - Video

15.07.2014, 08:56
Şimali Koreyanın futbol videosu saxta çıxdı - Video

"YouTube"da 4 milyondan çox adam tərəfindən izlənilən təxminən bir dəqiqəlik videonun montaj olduğu məlum olub

Şimali Koreya dövlət televiziyasının Şimali Koreyanın Braziliyada keçirilən Dünya Çempionatında rəqiblərini məğlub edərək finala çıxmasını özündə əks etdirən xəbərin videosu böyük qalmaqala səbəb olub.

ANS PRESS-in məlumatına görə, "YouTube"da 4 milyondan çox adam tərəfindən izlənilən təxminən bir dəqiqəlik videoda Şimali Koreyanın Yaponiyanı 7-0, ABŞ-ı 4-0, Çini də 2-0 məğlub edərək finala çıxdığı və finalda də Ronaldolu Portuqaliyalı yığması ilə qarşılaşacağını əksini tapıb.

Bu videonu "Mirror", "Metro", CBC, "Toronto Sun" və s. bu kimi dünyanın ən məşhur media orqanları bunu gerçək zənn edərək yayıblar. Ancaq videonu tamamilə montaj olduğu məlum olub. Bu videonu hazırlayanın kimliyi isə bilinmir.

Bununla belə video internetdə milyonlarla insan tərəfindən izlənilməyə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol