"Bu yaxınlarda Rusiya, Türkiyə və İran liderlərinin Ankarada keçirilən üçtərəfli görüşü Astana razılaşmasının nəticəsidir. Bu razılaşma həmin üç ölkə arasında koordinasiyanı vacib edir”.
APA-nın xəbərinə görə, bu sözləri Qoşulmama Hərəkatının aralıq nazirlər konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri deyib.
B. Cəfəri bildirib ki, Astana razılaşmasına əsasən Türkiyə Suriyanın İdlib vilayətinə monitorinq və terror birləşmələrinə nəzarət məqsədilə ancaq yüngül silahla təchiz olunmuş polis qüvvələri göndərməli olduğu halda, qoşun göndərib, bu da razılaşmanın şərtlərini pozur: “Ümid edirik ki, Suriya ərazisindən qoşunlarını geri çəkməsi üçün üçtərəfli mexanizm çərçivəsində Türkiyə hökumətinə gərəkli təzyiq göstəriləcək. Türkiyənin Afrin əməliyyatı Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarları və Qoşulmama Hərəkatının prinsipləri baxımından hərbi təcavüzdür”.


Şərhlər
Bu adamın sözləri onu göstərir ki,onun Suriyadakı vəziyyətdən xəbəri yoxdur,ya da kiminsə diktəsi ilə danışır.Türkiyənin qoşun yeritdiyi Afrin bölgəsində Suriyanın hansı qüvvələri olub?Axı oranı illərdir terroristlər işğal edib.Suriyanın hansı hökümət strukturu Atrində qalmışdı.Onun kimi də bir çox şəhərləri.Quta-dagedən prossesi yadınıza salın.Odur ki,bu Bəşərin sözləri boş və mənasız olduğu aşkardır.