Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.
Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.


Şərhlər
NOVRUZUN OĞLU 3-4 İLƏ GENERAL OLAR.... YAD ADAMI İÇƏRİ BURAXMIRLAR. VƏZİFƏ ANCAQ ONLAR ÜÇÜNDÜR. TƏK VƏZİFƏ YOX YAXŞI NƏ VARSA HAMISI. ....
H.ŞİRİNOVDAN sonra DYP-si əməkdaşlarının coxu dələduzluqla məşquldur.Gizlənib adamları güdməklə və şərləməklə məşquldurlar.Şikayət də edəndə səni gunahlandırırlar.Düzdür icərisində vicdanlıları var hayıf ki, bunlar azdır. DYP əməkdaşları artıq qanuni səlahiyətlərini unudublar.Qanunsuz üsullarla ``qazanc`` Bakı Şəhər Baş Polis İdarəsinin DYP Şöbəsində bezileri ucun adi hala çevirilib.Cən.Nazir dəyişiklik-islahat köklü olmalıdır.Rayon DYP-şöbələrində pulyıqanlar ştatdan kənar LEVİ-adamlardır.
DYP RƏHBƏRLİYİ 40 MİN İRƏLİ DÜŞDÜ.
Cənab Nazir,bilin ki,DYP-ni Nüşrəvan məllim elə bir günə salıb ki,sıravi polisləri qovmaqla məsələ həllini tapmayacaq.DYP əməkdaşları artıq qanuni səlahiyətlərini unudublar.qanunsuz üsullarla ``qazanc`` Bakı Şəhər Baş Polis İdarəsinin DYP Şöbəsində bezileri ucun adi hala çevirilib.
"Lələtəpə" mahnısının sözlərini yazan,şeirlərində Səfər Əbiyevi "türkləşdirən" Abdulla Qurbaninin oğlu işsiz qalmaz.Bir mərtəbə də yüksəyə qaldırarlar..
Hörmətli nazir Usubov DYP-nin 90-YP-692 markalı maşınını idarə edən biri zabit biri serjant olan əməkdaşları 07.04.2018 tarixində pul qopartmaqla bizdən əl çəkdilər. Xahiş edirəm ölçü götürəsiniz.