Menu

Sumqayıtda avtomobil 17 yaşlı qızı vurub

07.04.2018, 22:12
Sumqayıtda avtomobil 17 yaşlı qızı vurub

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, 2001-ci il təvəllüdlü Sumqayıt şəhər 3-cü mikrorayon sakini Umudova Yeganə Amid qızı Sülh küçəsində yolu keçərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, 17 yaşlı Yeganə Umudovanın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol