Menu

AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası

08.04.2018, 00:03
AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası

Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir. Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla?” Bu suallar Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun “zərərçəkmiş” olduğu iş üzrə keçirilən prosesdə səslənib. Vəkillər AzTV sədri Arif Alışanovun adının zərərçəkən statusunda keçdiyi iş üzrə bu suallara aydınlıq gətirilməsini vəsatətlə tələb etmişdilər.

Lakin hakimlər vəsatəti baxılmamış saxlayıb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləmişdilər. 1 aydan çoxdur ki, məhkəmədə verilən bu suallar açıqdır. İctimayyətdə belə bir fikir formalaşıb ki, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri Arif Alışanov kimi böyük sərvət sahibdirlər. Hətta bəziləri media kapitanlarını da rəsmi milyonçular sırasına qatmağa tələsirlər.

Əslində vəziyyət necədir? Arif Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi?

qulumehhMedia üzrə ekspert və jurnalist Qulu Məhərrəmli deyir ki, əslində sualın cavabı ortalıqdadır: “Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi ilə bağlı məharəti haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır. Düzdür, Alışanov izahatlarında göstərir ki, qohum-əqrəba yığışıb pul qoyublar. Bir qohumu 3 milyon, o biri 2 milyon qoyub. Belədirsə, niyə məhz bu adam ortada fəallıq edib?”

Qulu Məhrrəmli deyir ki, baş verənlər bəzi adamların dövlət büdcəsinə divan tutmasının sübutudur: “Bu məhkəmə təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb. Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Mətbuat da bu məsələnin araşdırılmasından kənar qalmamalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.

Ekspert deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktları haqda fikirlər formalaşdırır: “AzTV-dən fərqli olaraq İctimai Televiziyada çalışanlar aybaay maaş, quruluş haqqı alırlar. Televiziyada texnika alınması, quruluş haqlarının ödənməsi, dizayn, dublyaj məsələlərində rəqəmləri dolaşdırmaq, pul əldə etmək mümkündür. Bütövlükdə bu sözləri İTV sədrinə aid etmək olmaz. AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. AzTV-də isə var və mətbuat dəfələrlə bu haqda yazıb, bu gün də çox tutarlı faktlarla yazılmaqdadır. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTv-nin ötən illərə qədər 50 milyon manat büdcəsi var idi. Sonra bu məbləği 31 milyon manata qədər endirdilər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılırdı. AzTv-nin maliyyəsi Gürcüstan və Ermənistanın bütün televiziyalarının maliyyəsindən çoxdur.

Amma bu qədər maliyyənin qabağında görülən iş göz qabağındadır. İri həcmli filmlər, tamaşalar, iri maliyyə tələb edən televiziya məhsulları da ortaya çıxmır. Ona görə də məhkəmədə torpaq alınması üçün xərclənən pulların mənbəyi təxminən görünür. Bu pulların haradan formalaşması haqda fikirlər yaranır. Diqqətlə araşdırılsa, məlum olar ki, üzə çıxan çox cüzi bir maliyyədir. Başqa əməliyyatlar, başqa biznes işləri üçün də daha böyük maliyyə var. Məhkəmədə də səslənir ki, bu adamın başqa rayonlarda - Qubada, Xızıda, Zərdabda, Sabirabadda da biznesi var. Məhkəmədə üzə çıxanlar hamısı dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir. Prezident çıxışlarında ictimai nəzarətin gücləndirilməsinə dair tövsiyələr verir. Mətbuat ictimai nəzarətin ən təkmil, sınanmış formasıdır. Mətbuat bu məsələni müstəqil şəkildə araşdırıb ortaya qoymalıdır. Hansısa hakimin bu məsələni öz istədiyi kimi, subyektiv məsələlərlə əlaqəli araşdırması obyektiv nəticəni ortaya qoya bilməz. Hakim məhkəmədə deyir ki, bəlkə bu pullar atasından qalıb. Amma bu gülüncdür, ədalətsiz yanaşmadır. Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək”.

Ekspertin sözlərindən belə aydın olur ki, AzTV-də əmək haqqı problemi yaşanır. Büdcədən 31 milyon manat vəsait ayrılan bir təşkilatda əmək haqqı probleminin yaşanmasının səbəbi nədir?

Qulu Məhərrəmli deyir ki, işçilərin az bir qisminə əmək haqqı verilir: “AzTV-də yüksək vəzifə tutanlar əmək haqı alır. Bu da az bir qismdir. Orada işləyənlərin 3/4-ü əmək haqqı almır. Veriliş çəkilir, təhvil verilir. Orada komissiya var. Verilişi qəbul etmir və işçilərə də əmək haqqı yazılmır. Bu, çox dəhşətli sistemdir və bütövlükdə əmək hüquqlarının pozulmasıdır. Yüzlərlə belə işçilər var. AzTV-də çox acınacaqlı vəziyyətdir. Halbuki AzTV-yə büdcədən ayrılan 31 milyon manatdan əlavə də gəlirlər daxil olur. Sponsorluq, reklamdan gələn gəlirlərin hesabatı ictimiyyətdən gizlədilir. AzTV-də yayımlanan reklamların pulu hara gedir? AzTV-nin rejissoru Nərgiz Cabbarlı Arif Alışanovu məhkəməyə vermişdi. Həmin məhkəmədə üzə çıxdı ki, işçilərə əmək haqqı yazılıb və bu haqda məlumatlar Sosial Müdafiə Fonduna göndərilib. İşçilərə həmin əmək haqqı verilməyib! Saxta hesabatlar yazılıb və əmək haqları verilməyib. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək Şamaxıda və Bakıda külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Munasib Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. (musavat.com)

Şərhlər

Səlahəddin 2018-04-08 00:03:50

Qulu bəy malalamaq ,əsas məsələdən uzaqlaşdırmaq mövqeindən çıxış edir.Hansı qohum 2-3 milyon yardım edər?Bu boş xülyadır.Qoy həmin qohumlar ortaya çıxsın və 2-3 milyonun yerini,necə əldə olunduğunu göstərsin.Bu ağ yalana bənzəyir və möhtərəm hakim sözlə kifayətlənməməli.pulların mənbəi ilə maraqlanmalıdır.
Əss məsələlərdən biri də AzTV-nin ölkədə baxılmaması səbəbilə oraya bu qədər vəsait niyə ayrılmalıdır? Alışanov yemək üçünmü?
Hələ qətl və digər məsələlər bir yana.

Randa 2018-04-08 00:03:50

Görünür A Alişanovun kırişası ğüclüdür onu nə oqurluqa nə korupsiyaya nədə adam öldürməyə ğörə həbs etmək əvəzinə onu zərərcəkmiş kimi tanıyıblar.Az qalmışdı QULU müəllimi həbs etdirsin.

pensioner 2018-04-08 00:03:50

Əsas məsələ "krışa"dır. Kimdir bunun "krışa"sı ??? Bizim reallıqda təkbaşına bu qədər vəsaitı ələ keçirmək qeyri mümkündür.

hərbi pensiyaçı 2018-04-08 00:03:50

məmurların hesabına borcla doğulur gürcüstan isə bizim xalqa çatası vəsaitlər hesabına çıçəklənir. Bu haqsızlıq nə vaxta qədər davam edəcəkdir?

hərbi pensiyaçı 2018-04-08 00:03:50

Çünki Azərbaycanda dövlətdən, xalqdan oğurluq edib varlanmayan adamlara pisü baxırlar. Səhv eləməsəm bu saytda məqalədə yazırlar ki, Gürcüstanda azərbaycanlılar yaşayan kəndlər hələ də qazlaşdırılmayıb. Nə üçün bizim qazımız gürcüestanda toyuq fermasında yanır, ancaq azxərbaycanlıların evində yanmır?. gürcüstandakı səfirin başı qarışıb alverə, soydaşlarımızın problemi onu maraqlandırmır. Azərbaycan vətəndaşı Alışanov və Alışanov kimi dövlət vəzifələrini qazanc mənbəyinə çevirən

hərbi pensiyaçı 2018-04-08 00:03:50

Bir qohumu 3, o biri qohumu 2 milyon qoyublar deyir Alışanov. Yaxşı bəs həmin qohumlarda bu milyonlar haradandır və nə üçün Alışanova veriblər? Alışanovun mə biləni buna ehtiyacı yoxdur. Çünki mühüm bir dövlət vəzifəsində əyləşib. Digər tərəfdən qohumlar həmin 3 və 2 milyonu yığana qədər nə qədər vergi, nəqədər sığorta ödəyiblər xahiş edirəm bu barədə Vergilər nazirliyi aydınlıq gətirsin. Bu adamlar özləri vergidən yayınmalarını etiraf edirlər bəs nə üçün məhkəmənin özü buna əhəmiyyət vermir?

Müfəttiş 2018-04-08 00:03:50

Bunu o vəzifəyə ona görə qoyublar ki, yesin və yedizdirsin.Görünür ona göstərilən etimadı tam doğruldub ki, hələ kreslosunda oturub...

miri 2018-04-08 00:03:50

"Bütün yollar Ramaya gedir".Akifdə nə günah?

Əhməd 2018-04-08 00:03:50

Gələcək nəsillər çağın mətbuatının inkişaf tarixini araşdırmaq arzusu ilə, günün birində belə bir əsər qoyacaqlar tamaşaya “Hekayəti Arifi sədri AzTV” bu hekayədə Dövlət Televiziyasının anbardarının necə pul mənimsəməklə sədr vəzifəsinə yüksəlməsi və uca ekrandan Xalqa pul mənimsəmək naminə necə yalanlar sıradığı öz əksini tapacaqdır.

ALI 2018-04-08 00:03:50

Allah Arifi ... Utanmaz utanmaz helem diyirki 6 ml qohum eqrebemindi bu memur ortaya cixir dovlet mawiniynan alvere gedir amma o gohumlari medense gizlenir.Cox gulmelidir .vallah.Inwallah Ekberov sag salamat ordan cixar.Allahin komey li ileArif Wucayetin yerine qirer hepse.Qulu m Allah caniviza deymesin Arif oyewib pufde pullar yemeyi .Prezdent cezasin vermelidi.inwallah .

t.ədalət 2018-04-08 00:03:50

Çox qəribədir.Görəsən,dövlət bu qədər cinayətlərin içində itib-batan Arif Alışanovu niyə qoruyur?Axı, dövlət Arif Alışanovun oğurluğunu ört-basdır etdikcə özü də korrupsiya bataqlığına yuvarlanır.Qətl hadisəsinədək adı ciddi cinayət hadisəsində hallanan bu adamın "krişası" da,görünür,hadisələrin içərisindədir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol