Menu

Türkiyədə zəlzələ baş verib

08.04.2018, 12:30
Türkiyədə zəlzələ baş verib

Türkiyənin qərb hissəsində 4,8 maqnituda zəlzələ olub.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 01.16-da qeydə alınıb. Zəlzələnin episentri Ankaradan 147 km şimal-qərbə düşüb. Ocaq yerin 2 km. dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol