Birləşmiş Ştatlarda ildırım vurması nəticəsində 23 yaşlı qadın həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb. "Report" CNN telekanalına istinadən xəbər verir ki, hadisə aprelin 7-də Uayt-Sprinqs şəhərində (Florida ştatı) baş verib.
Telekanalın məlumatına görə, göy gurultusu zamanı 5 nəfər treylerdə gizlənib. Həmin məqamda ildırım metal avanadlığı vurub ki, nəticədə də qadın ölüb, qalan 4 nəfər isə xəsarət alıb.


Şərhlər