Menu

Almaniya polisi: Münsterdəki hadisə terrorla bağlı deyil

08.04.2018, 17:38
Almaniya polisi: Münsterdəki hadisə terrorla bağlı deyil

Almaniyanın Münster şəhərində kiçik yük avtomobilinin insanların üstünə sürülməsi faktı ilə bağlı araşdırma davam etdirilir, bununla belə, terrorçuluqla əlaqə aşkar olunmayıb. TASS xəbər verir ki, bunu bazar günü Almaniyanın daxili işlər naziri Horst Zeyehofer deyib.

"Terror özəkləri ilə bağlılıq olmayıb", - deyə nazir bildirib.

Qeyd edək ki, aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol