Menu

Türkiyədə sərnişin avtobusu aşıb - 1 nəfər ölüb, 20-si yaralanıb

08.04.2018, 17:11
Türkiyədə sərnişin avtobusu aşıb - 1 nəfər ölüb, 20-si yaralanıb

Türkiyənin Afyon-Karahisar və Antalya şəhərlərini birləşdirən yolun 35-ci kilometrliyində sərnişin avtobusu aşıb."Report" "Haberturk"ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha 20-si yaralanıb.

Hadisə yerinə asayiş keşikçiləri, xilasedicilər və tibb işçiləri cəlb olunub.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol