«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bir neçə gün bundan əvvəl Türkiyə, Rusiya və İranın prezidentlərinin İstanbulda keçirilmiş və Suriyanın gələcəyinə həsr olunmuş görüşü barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bəyan edib ki, bu görüş Birləşmiş Ştatları və Avropa İttifaqını aşağılayıb.
«İkinci dünya müharibəsindən üzübəri ilk dəfədir ki, belə görüş Avropa İttifaqının razılığından kənar baş tutur» - deyə, Liberman «Armeyskiy radio»-nun efirindən qəzəbini ifadə edib.
Nazir həm də bununla təhqir edildiyini bildirib ki, üçlük Suriyanın taleyini Birləşmiş Ştatların nümayəndəsinin iştirakı olmadan həll edib. Liberman əlavə edib ki, onun üçün İsrailin Suriya məsələsinə «müdaxilə» edəcəyinə inanmaq çətindir.

Şərhlər