Menu

Müharibə başladı: İlk aviasiya zərbələri endirildi

15.07.2014, 15:19
Müharibə başladı: İlk aviasiya zərbələri endirildi

Rusiya aviasiyası Donetsk vilayətinin şərqindəki Snejnom şəhərinə zərbələr endirib."Publika.az" xəbər verir ki, son məlumata görə, 4 dinc sakin ölüb, bir o qədəri yaralanıb. Bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb.

Hərbi ekspertin sözlərinə görə, aviasiya zərbələri nəticəsində mülki obyektlər dağıdılıb. D.Tımçuk dinc əhali arasında qurbanların olduğunu qeyd edib.

Rəsmi Kiyev “Tornado-Q” reaktiv atəş sistemlərinin Ukraynaya Rusiya ərazisindən atıldığını bildirib.

“Ukraynanın hərbi ekspertləri aydın görür ki, “Qrad” yaylım atəş sistemindən atəş açılmayıb. Bu, 2010-cu ildə Rusiya Silahlı Qüvvələrinin cəbbəxanasına daxil edilən “Tornado-Q” reaktiv atəş sistemidir. Anti-terror güclərinin mövqelərinə atılanlar məhz “Tornado-Q”nin reaktiv raketləridir”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol