«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident şurası demək olar, yekdilliklə təşkilatın prezidenti Kirsan Ylümjinovun istefasını tələb edən qətnamə qəbul edib.
Bu, Kirsan İlümjinovun əleyhinə ilk kütləvi çıxış deyil. Belə situasiyalardan çıxmaq istiqamətində onun zəngin təcrübəsi var. Amma heç vaxt onun mövqeyi indiki qədər laxlamış olmayıb.
Qısa şərh olaraq bildirək ki, İlümjinova qarşı təşkilatın vitse-prezidenti Georgios Mokropulos qiyama qalxıb. O, öz namizədliyini təşkilatın prezidenti postuna rəsmi olaraq irəli sürüb və İlümjinovu vaxtından əvvəl istefaya çağırıb.
Bu, boş sözlər sayıla bilməz. Prezident şurası uyğun qətnamə qəbul edib. Vitse-prezidenti 14 nəfər dəstəkləyib, bir nəfər isə İlümjinovu dəstəkləyib.
Səbəb çox sadədir - İlümjinovun soyadı artıq çoxdan Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiya siyahısındadır. Buna görə, İsveçrənin «UBS» bankı FİDE-nin hesabını bağlamağı planlaşdırır.
Amma prezident istefaya getməyə hazırlaşmır. Bir il bundan əvvəl o, şuranın narazılığının «öhdəsindən gələ bilmişdi». O da var ki, ötən ilin oktyabrında İlümjinov faktiki olaraq, hakimiyyətdən uzaqlaşdırılıb - o, prezident olaraq qalır, amma praktiki olaraq onun bütün səlahiyyətləri Mokropulosa ötürülüb.
FİDE prezidenti postuna növbəti seçkilər payızda keçirilməlidir. Prezidentliyə daha bir namizəd də 12-ci dünya çempionu Anatoli Karpovdur.


Şərhlər